Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəbnəm pərəstişkarına ev tikdirir - FOTOlar

Şəbnəm pərəstişkarına ev tikdirir - FOTOlar

Tarix: 5 Noyabr 2021 17:25

Müğənni Şəbnəm Tovuzlu ona yardım üçün müraciət edən fanatlarından birinə ev tikdirir.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, ondan kömək istəyiblər və bunu geri çevirməyib:

"Hər yazana yardım etmirəm. Amma bu insanın həqiqətən də ehtiyacı olduğunu gördüm. Evlərini görəndə pis oldum. Qarşıdan soyuq qış gəlir, orada yaşaya bilməzlər. Ramil İsayev ailəsi ilə birlikdə Tovuzun Dondar Quşçu kəndində yaşayır. Ürəyim razı olmazdı ki, körpə uşaqlar həmin evdə yaşasın. İkiotaqlı ev edəcəm, mətbəx də ayrı. Hətta evin içinin əşyalarını da alacam. Bir aya evi onlara təhvil verəcəm".

Qeyd edək ki, kənd sakini Ramil İsayev moderator.az-a müraciət edərək Şəbnəm Tovuzludan kömək istəyib.


Etiketlər:  Şəbnəm pərəstişkarına tikdirir FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ