Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simpsonlar ailəsinin və Qufinin birgə filmi nümayiş olunacaq - FOTO

Simpsonlar ailəsinin və Qufinin birgə filmi nümayiş olunacaq - FOTO

Tarix: 6 Noyabr 2021 11:15

"Disney+" "The Simpsons in Plusaversary" adlı qısametrajlı filmini təqdim edəcək.

Posterə əsasən, layihənin qəhrəmanlarından biri də antropomorfik it Qufi (Mikki Maus və Donald Dakın ən yaxın dostu) olacaq.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, seriya ilə bağlı dərc olunan fotoda Homer Simpsonla Qufinin görüşü əks olunub. Epizod əsasən Homerin dəvət olunmadığı "party" barədədir.

"Disney+"un təqdim edəcəyi "The Simpsons in Plusaversary" "The Simpsons" qısametrajlı seriyasının üçüncüsü olacaq.

Bundan əvvəl tamaşaçılara "Yaxşı, Bart və Loki" (The Good, the Bart, and the Loki) və "Ulduz müharibələri"nin motivləri əsasında çəkilən "Güc yuxulardan sonra oyanır"  ("The Force Awakens After Sleep") epizodları nümayiş olunmuşdu.

Epizodun nümayişi noyabrın 12-nə - onlayn kinoteatrın təqdimat ildönümünə planlaşdırılıb.


Etiketlər:  Simpsonlar ailəsinin Qufinin birgə filmi nümayiş olunacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ