Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda aparıcının yataq otağından görün nə tapıldı - Tükürpədən olay - FOTO

Azərbaycanda aparıcının yataq otağından görün nə tapıldı - Tükürpədən olay - FOTO

Tarix: 8 Noyabr 2021 15:00

"Zaurla Günaydın" verilişinin qonağı olan aparıcı-aktyor Sərxan Kərəmoğlu efirə əliboş gəlməməsinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Sərxanın açıqladığı səbəb verilişin aparıcılarını da təəccübləndirib.

Qonaq bildirib ki, adətən onun verilişinə gələn qonaqlardan sonra bəzi hallarda studiyada cadu əlaməti olan əşyalar tapdığı üçün Zaurun verilişinə əlidolu gəlib, şübhələrlə qarşı-qarşıya qalmaqdan qorxduğunu bildirib:

"Qulağıma o qədər şeylər gəlib çatır ki, - "Əlində nəsə gətirdi, evimi gəldi yıxdı, ruzumu bağladı, evimə dava düşdü". Bir dəfə də mənim özümün aparıcısı olduğum "Evimin qonaqları" verilişinin çəkilişləri vaxtı and olsun Allaha yataq otağında "şkafın" üstündən verlişdən sonra çay daşına qədər tapdıq, çıxardıq. Bilmirəm o çay daşına nə etdirib gətirib ora qoymuşdular. O daşın da bir qəribə rəngi var idi. O ev mənim öz evim deyildi, çəkilişi orada edirdik, amma o evdə həm də yaşayırdım. Yəni nələr etməmişdilər, özü də tanıdığım insanlar". 

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Azərbaycanda aparıcının yataq otağından görün tapıldı Tükürpədən olay FOTO


RƏYLƏR