Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Tarix: 8 Noyabr 2021 23:02

Son illər vergiödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib. Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, belə əməliyyatların rəsmiləşdirilməsi ilə bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Onun sözlərinə görə, borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Borc müqavilələri ilə əlaqədar gələcəkdə mübahisələrin yaranmaması üçün notarial qaydada təsdiqlənməsi məqsədəuyğundur.

A.Cəfərov bildirib ki, qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı məhdudiyyətlər qoyulmayıb. Belə ki, məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə "Nağdsız hesablaşmalar haqqında" Qanunla tənzimlənir və faizsiz pul vəsaitlərinin (vergiödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir: "Deməli, borc məbləğlərini nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar".


Etiketlər:  Borc vəsaitlərinin alınması qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ