Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2019 18:48
Bakı. Trend:
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.
Trend-in məlumatına görə, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edir.
Qeyd edək ki, TMT avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığı Bakıda keçəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin