Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd məktəbi distant təhsilə keçdi: Koronavirusa görə yox...

Kənd məktəbi distant təhsilə keçdi: Koronavirusa görə yox...

Tarix: 9 Noyabr 2021 11:54

Rusiyada kənd məktəblərindən biri fistant təhsilə keçməyə məcbur olub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, söhbət Xantı-Mansi Muxtar Dairəsindəki kənd məktəbindən gedir.

Sovetski rayonunun Zelenoborsk kənd məktəbinin direktoru Olqa Kaluqina faktı təsdiqləyərək bildirib ki, canavarların hücumu ilə əlaqədar şagirdlər distant təhsilə keçirilir.

"Kənddə bəzi valideynlər hətta gündüzlər də kənddə canavarların görünməsi səbəbindən övladlarını distant təhsilə keçirmək üçün ərizələr yazıblar. Vəziyyət təhlükəlidir, mən hər zaman canavarların izlərini görürəm, evin ətrafında da gəzirlər. Valideynlərin ifadələrinə anlayışla yanaşırıq, bizim üçün əsas şey uşaqların təhlükəsizliyidir. Narahatlığımı həm kənd icra nümayəndəsinə, həm də təhsil şöbəsinə bildirdim. Ümid edirəm ki, tezliklə müvafiq tədbir görüləcək". 


Etiketlər:  Kənd məktəbi distant təhsilə keçdi Koronavirusa görə


RƏYLƏR