Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BDU-nun professoru vəfat etdi - FOTO

BDU-nun professoru vəfat etdi - FOTO

Tarix: 9 Noyabr 2021 12:42

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

BDU-dan verilən məlumata görə, professor 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.
Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.

Milli.Az


Etiketlər:  BDU nun professoru vəfat etdi FOTO


RƏYLƏR