Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abbas ilk dəfə oğullarından danışdı

Abbas ilk dəfə oğullarından danışdı

Tarix: 11 Noyabr 2021 02:20

Əməkdar artist Abbas Bağırov ilk dəfə oğulları Murad və Rauldan danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Söhbət musiqidən gedir" verilişində övladları ilə bağlı sualları cavablandırıb.

"Məni pozitivə səhər tezdən övladlarım kökləyir. Mənim üçün həyatda ən önəmlisi onlardır. Yuxudan məni onlar oyadır. Oğullarım arasında fərq qoymuram. Onların ikisi də canlarımdır. Həyatımı onlarsız təsəvvür etmirəm. Çalışıram ikisi də hiss etsin ki, atam həm məni, həm qardaşımı çox istəyir" deyə, Abbas bildirib.

Abbas Ramal İsrafilov, Vüsal Hacıyev kimi ifaçıların yer aldığı "A-trio" qrupundan söz açıb:

"Bu layihəni uğurla başa çatdırdım. Məqsədim qrupu məşhur etmək və nəticə çıxarmaq idi. Çıxardım da... Onlara ən yaxşı musiqi öyrədirdim. Fuad Əlişova hər adam klip çəkdirə bilmirdi. Onlara klip çəkdirdim. Yaxşı büdcəli kliplər alındı. O qədər əziyyət, keyfiyyətli aranjiman, hətta geyimlərini brend mağazalardan alınırdı. Ən böyük səhvim müqavilə bağlamamağım oldu. Ondan sonra nə oldu, kim necə getdi mənim işim deyil. Münasibətdə müəyyən soyuqluq var, amma düşmənim deyil".


Etiketlər:  Abbas dəfə oğullarından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ