Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamilələr arasında ölüm halları artıb'' - Mütəxəssislər həyəcan təbili çalır

''Hamilələr arasında ölüm halları artıb'' - Mütəxəssislər həyəcan təbili çalır

Tarix: 11 Noyabr 2021 21:14

Mütəxəssislər iki ildir davam edən COVID-19 pandemiyasından yeganə çıxış yolunun peyvənd olduğunu hesab edirlər.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, artıq dünyanın bir çox ölkələrində hamilə qadınların da virusa qarşı vaksinasiyasına başlanılıb.

Türkiyədə artıq 50 faiz hamilə qadın koronavirus əleyhinə peyvənd olunub.

Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Serap Şimşək Yavuz hesab edir ki, hamilə qadınlarda peyvənd nisbətlərinin artırılması üçün aktiv peyvənd kampaniyası aparılmalıdır:

"Hamilə qadınlar hələ də peyvəndə tərəddüdlə yanaşırlar. Dünyanın hər yerində bir çox hamilə qadına peyvənd vurulub və həm mRNA peyvəndləri, həm də təsirsiz hala gətirilən peyvəndlər xəstəliyin yayılmasının qarşısını alır. Hamilə qadınlar hər iki peyvəndi rahatlıqla vurdura bilər".

O qeyd edib ki, ortalama 28 yaş aralığında olan hamilə qadınlarda peyvənd olunmayanlar arasında ölüm halları qeydə alınır:

"Hazırda 12 yaşdan yuxarı uşaqları peyvənd edirik və bu qrupda peyvənd göstəriciləri çox yüksək deyil. İnsanlara bunun təhlükəsiz olduğunu izah etməliyik. Məktəblərin açılması, məhdudiyyətlərin olmaması virusa yoluxma sayını artırır. Peyvənddən qaçmağa ehtiyac yoxdur".


Etiketlər:  Hamilələr arasında ölüm halları artıb Mütəxəssislər həyəcan təbili çalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ