Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 14:40
Ağdamda 27 il erməni hədəfində qalan şəhid məzarları bərpa olunub. İşğal altında olduğu dövrdə düşmənin daim atəş açaraq dağıtdığı məzarlar yenidən düzəldilib. İndi sakinlər yaxınlarının məzarlarını rahat və təhlükəsiz şəkildə ziyarət edirlər.
Ağdamın Baş Qərvənd kənd qəbiristanında şəhidlərin dəfn olunduğu hissə 27 il sonra bərpa olunub. Uzun illər sonra kənd sakinləri şəhid yaxınlarının məzarlarını təhlükəsiz və rahat şəkildə ziyarət ediblər.
Baş Qərvənd Birinci Qarabağ müharibəsində Ağdamın işğal edilmiş sonuncu kəndidir. Erməni terrorçular kəndi ələ keçirdikləri son günə qədər, yəni 1994-cü il aprelin 26-dək kənd sakinləri öz yaxınlarını düşmənin mütəmadi atəşinə baxmayaraq, bu qəbiristanda dəfn edirdilər. Çünki onlar bu torpaqlara qayıdacaqlarına tam inanırdılar...
Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra Başqərvəndə abadlıq-quruculuq işləri də məhz bu qəbiristanda, şəhidlərin məzarlarının bərpası ilə başlayıb.
Bərpa olunan şəhid məzarlarının açılışı münasibətilə keçirilmiş mərasimdə Ağdam rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.