Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi ölkələrdə koronavirus xəstələrinin təxminən 15-20 faizində böyrəklərin funksiyasının pozulduğu müşahidə edilir

Bəzi ölkələrdə koronavirus xəstələrinin təxminən 15-20 faizində böyrəklərin funksiyasının pozulduğu müşahidə edilir

Tarix: 12 Noyabr 2021 23:48

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Qafqaz regionu böyrək daşı xəstəliyinin yayılma ocaqlarından biri hesab olunur. Azərbaycanda isə daha çox şimal və şimal-qərb bölgəsindən yaşayan vətəndaşlar böyrək daşı xəstəliklərindən əziyyət çəkirlər. Xüsusilə Quba, Qusar, Xaçmaz, Zaqatala və Qax rayonlarından böyrək daşları ilə bağlı müraciətlər daha çox olur. Doğrudan da, Qafqaz regionu bu xəstəliyin ən geniş endemik ocaqlardan biridir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev nazirliyin instaqram hesabında canlı yayımlanan "Böyrək daşı xəstəlikləri" mövzusundakı çıxışında deyib.

Həkim-mütəxəssis, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının da böyrəklərə təsirindən bəhs edib: "COVID-19 infeksiyası digər orqanlarda olduğu kimi, böyrəklərdə də müəyyən dəyişikliklərə səbəb olur. Bəzi ölkələrdə koronavirusa yoluxanların təxminən 15-20 faizində böyrəklərin funksiyasının pozulduğu müşahidə edilir".


Etiketlər:  Bəzi ölkələrdə koronavirus xəstələrinin təxminən faizində böyrəklərin funksiyasının pozulduğu müşahidə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ