Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov və Şoyqu Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər

Lavrov və Şoyqu Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər

Tarix: 13 Noyabr 2021 08:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu fransalı həmkarları Jan-İv le Drian və Florens Parli ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Parisdə keçirilən Fransa-Rusiya Təhlükəsizlik Əməkdaşlıq Şurası çərçivəsində baş tutub.

Qeyd edilib ki, danışıqlar zamanı tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.


Etiketlər:  Lavrov Şoyqu Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ