Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin xaricə mühacirət etməkdən başqa seçimi qalmadı

Ermənilərin xaricə mühacirət etməkdən başqa seçimi qalmadı

Tarix: 13 Noyabr 2021 13:33

"44 günlük ikinci Qarabağ müharibəsi Ermənistanın iqtisadi anlamda çöküşünü şərtləndirdi. Açıqlanan rəsmi məlumatlar da bunu təsdiq edir ki, ölkə sosial-iqtisadi kollapsın içərisində çabalayır. Ən maraqlı məqam isə ondan ibarətdir ki, böhran hər keçən gün daha da dərinləşir və geniş miqyas alır. Başqa sözlə, müharibənin yaratmış olduğu ağır iqtisadi fəsadlar zaman keçdikcə daha aydın şəkildə hiss olunmaqdadır. Bu, istər işsizliyin, inflyasiyanın və yoxsulluq həddinin yüksəlməsində, istərsə də xaricə miqrasiya etmək istəyən ermənilərin sayının dəfələrlə artmasında özünü göstərir". 

Bunu Sonxeber.net-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti xalqına xaricə mühacirət etməkdən başqa seçim qoymur:

"Artıq Ermənistandakı rəsmi qurumlar vəziyyətin son dərəcə gərgin olduğunu etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, rəsmi məlumatlara görə, 2021-ci ilin üç rübündə Ermənistanı ölkəyə daxil olanlarla müqayisədə 103 min çox insan tərk edib. Bu, ölkə əhalisinin təxminən 3 faizini təşkil edir. Tərk etmələrin çoxu - demək olar ki, 64 min nəfər - ilin birinci rübünün payına düşüb. Bu, onsuzda demoqrafik problemlərdən ciddi şəkildə əziyyət çəkən Ermənistan üçün kifayət qədər böyük rəqəmlərdir. 

Əlbəttə, gərgin iqtisadi vəziyyət mühacirətin əsas səbəbi olaraq qalır. Qeyd etmək lazımdır ki, rəsmi məlumatlara əsasən, Ermənistan iqtisadiyyatı 2020-ci ildə 7,6 faiz azalıb. Lakin burada digər səbəblər də mövcuddur. Xüsusən, Ermənistan hakimiyyətinin və ayrı-ayrı müxalif siyasi dairələrin müharibədən sonra revanşist ideyalar səsləndirməsi onsuzda ümidsizlik içərisində yaşayan erməni xalqına xaricə mühacirət etməkdən başqa seçim qoymur. Əhali ümidsizdir, hakimiyyət isə gələcəklə bağlı optimist mesajlar verməkdə aciz qalır".

Təhmız Əsədov


Etiketlər:  Ermənilərin xaricə mühacirət etməkdən başqa seçimi qalmadı


RƏYLƏR