Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi qulluqçu statusunun saxlanıldığı halların sayı artırılır

Hərbi qulluqçu statusunun saxlanıldığı halların  sayı artırılır

Tarix: 13 Noyabr 2021 20:08

Hərbi qulluqçu statusunun saxlanıldığı halların sayı artırılır.
Bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihəyə əsasən, xidməti vəzifələrinin icrası zamanı xəbərsiz itkin düşmüş şəxslər üçün qanuna uyğun olaraq onlar xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək hərbi qulluqçu statusu saxlanılacaq.

Eyni zamanda hərbi andı pozmuş və ya Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət əməli törətmiş şəxslər istisna olmaqla, Əsir və girov götürülmüş şəxslər üçün həmin dövrdə hərbi qulluqçu statusu saxlanılacaq.

Qüvvədə olan qanuna əsasən isə, hərbi qulluqçular əsirlikdə olduqları, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişlərsə, onların hərbi qulluqçu statusu saxlanılır.

Qeyd edək ki, hərbi qulluqçu statusu həqiqi hərbi xidmətin, səfərbərlik və toplanışın başlaması itlə əldə edilir və ona hərbi həqiqi xidmətin başa çatması ilə xitam verilir.


Etiketlər:  Hərbi qulluqçu statusunun saxlanıldığı halların sayı artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ