Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç uşağının anasını küçənin ortasında güllələdi

Üç uşağının anasını küçənin ortasında güllələdi

Tarix: 14 Noyabr 2021 11:38

İstanbulun Üsküdar rayonunda üç uşaq anası olan qadın keçmiş əri tərəfindən güllələnib.

Qeyd olunur ki, hadisə orta yaşlarında olan qadının avtobusdan düşdüyü dayanacaqda baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tərəflər əvvəl bir müddət mübahisə ediblər. Sonda isə kişi üzərində gəzdirdiyi odlu silahla qadına atəş açıb.

Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları qadını ağır vəziyyətdə xəstəxanaya çatdırıb.

Artıq hadisəni törədən kişi saxlanılıb. Üç uşaqları olan keçmiş cütlüyün bir il əvvəl boşandıqları üzə çıxıb.

Milli.Az


Etiketlər:  Üç uşağının anasını küçənin ortasında güllələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ