Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi orqanı xronometrajı hansı hallarda tətbiq edə bilər?

Vergi orqanı xronometrajı hansı hallarda tətbiq edə bilər?

Tarix: 14 Noyabr 2021 23:56

Vergi Məcəlləsinə əsasən, vergiödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Məcəllədə müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanının hüquqlarına aid edilib.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyin tələbini şərh edən vergi məsləhətçisi Teymur İslamlının sözlərinə görə, xronometraj metodu müşahidənin həyata keçirilməsi, rəsmiləşdirilməsi, nəticələrinin vergi orqanı tərəfindən hesablamalarda tətbiqi baxımından maraqlı nüansları olan vergi nəzarəti tədbiridir.

T.İslamlı bildirib ki, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin müddəa kameral vergi yoxlamasına dair maddə olmaqla xronometraj metodu ilə müşahidənin nəticəsinə görə vergi hesablanarkən vergiödəyicisinin fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının aparıldığı halları istisna edir: "Məcəllənin 50-1.2-ci maddəsində göstərilib ki, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergiödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Yəni, göstərilən müddətlər başa çatdıqdan sonra vergiödəyicisi ərizə ilə müraciət edirsə, vergi orqanının yeni müşahidə təyin edib-etməməsindən asılı olmayaraq sonuncu müşahidənin nəticəsi passivləşir", - deyə T.İslamlı vurğulayıb.


Etiketlər:  Vergi orqanı xronometrajı hansı hallarda tətbiq edə bilər


RƏYLƏR