Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adi xalı bədxassəli törəmədən necə fərqləndirməli? - 5 ƏLAMƏT

Adi xalı bədxassəli törəmədən necə fərqləndirməli? - 5 ƏLAMƏT

Tarix: 15 Noyabr 2021 21:48

Bədəndə çoxsaylı xallar zamanla təhlükəyə çevrilə bilər. Melanoma - dəri və xal xərçəngidir, son zamanlar çox insanda aşkarlanır.

Sonxeber.net xəbər verir ki, həkim Andrey Prodeus xalların nə zaman bədxassəli törəməyə çevrildiyini açıqlayıb.

"Xal çox sayda melanositlər hüceyrələrinin bir yere toplanmasından əmələ gəlir. Əgər bu hüceyrələrdə pozuntu olarsa, onlar mutasiyaya uğrayır və şişə çevrilir. Şiş dərinin dərinliyinə və ətrafa metastaz verir.

Bədənində olan xalları mütləq özün analiz edib, mütəmadi yoxlamalısan. Bəzi əlamətlər, dəyişikliklər melanoma əmələ gəldiyini göstərir.

- Birinci əlamət - assimmetriyadır. Adətən təhlükəsiz xallar simmetrikdir, yəni kənarları normal, heç bir ciddi kənarlaşma yoxdur.

- İkincisi - xalın kənarlarının dağınıq olması.Sağlam xalın kənarları düz sərhədlidir.

- Xalın rənginin dəyişməsi - xalın müxtəlif rəngə çalması, çox tündləşməsi, qaralması

- Xalın böyüməsi - əgər xalın eni, uzunu 1 sm-i aşmırsa, qorxulu deyil.

- Dinamika - yəni kiçik bir xal bir neçə ayın içində böyüdüsə, dəyişdisə, o zaman mütləq həkimə göstərməlisiz.
Əgər xallarla bağlı,bu əlamətlərdən 2-si belə varsa, xəstə mütləq dermakoskopiyadan keçməlidir.

Əgər dermatoloq xaldan şübhələnsə, biopsiya olunur və əkməyə verilir.

Yalnız bundan sonra melanoma diaqnozu qoyulur

Bədənində iri xalları olanlar günəşdə qaralmaqdan çəkinməli və xalları gündən qorumalıdır. /medicina.az


Etiketlər:  xalı bədxassəli törəmədən necə fərqləndirməli ƏLAMƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ