Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 10:44
Bakı. Trend:
Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” rəqs yarışması keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, “Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdiyi beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.
Bakı seçimlərində 16 yerli rəqqas iştirak edib:
1) ZİED, 2) MUFAYAT, 3) RAYMAN, 4) BBOY KAMRAN CFC, 5) MİSTERİO, 6) ZİCO FİRESTAR, 7) BBOY QUESTİON CFC, 8) GAİJİN, 9) LEE, 10) SHİFU, 11) CRAZYBEAT, 12) BBOY BUTTON, 13) XAN, 14) BBOY QUATTRO`J, 15) MOLNİA, 16) NEMO.
Yarışmada münsif heyəti olmayıb, münsiflər rolunda tamaşaçılar çıxış edib.
Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib - RAYMAN Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb, dünya birincisi olmaq şansı qazanacaq.
Tədbirin qonaqları 2017-ci ildə Azərbaycanda keçirilən Red Bull musiqi yarışmasının qalibi DJ Timin təqdim etdiyi musiqilərdən zövq alıblar. Onu da qeyd edək ki, o, DJ Tim 2018-ci ildə Polşada keçirilən Dünya Red Bull musiqi çempionatında Azərbaycanı təmsil edib.
Mərkəzin parkında təşkil olunan yarışmanın sonunda müğənni Rauf Əhmədov çıxış edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin