Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 23:26
Qurani Kərimin Nur surəsi 60-cı ayəsində bu cür yaşlı qadınlar barəsində belə buyrulmaqdadır:
"Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir." (Nur, 24/60)
Ayədən də gördüyümüz kimi, belə bir yaşa çatmış və cinsi yöndən yad kişilərə hər hansı bir cazibə, pis fikir aşılamayan qadınların başlarını açmasında bir problem yoxdur. Ayənin sonunda isə bunu etməməyin onlar üçün daha yaxşı olduğunu bildirir. Qısacası; xoş görülməsə də qadağan olmadığını görürük.