Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yığması Lüksemburqa qalib gəlib

Azərbaycan yığması Lüksemburqa qalib gəlib

Tarix: 16 Noyabr 2021 23:30

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, oyunları Lüksemburqda keçirilən VIII qrupda çıxış edən Elxan Abdullayevin yetirmələri son turda meydan sahibləri ilə görüşüb.

Elit-raund şansı qalmayan rəqiblərin ikisi üçün də qarşılaşma formal xarakter daşıyıb. İlk iki görüşdə xala həsrət qalan millimiz Lüksemburqla matçda qələbə sevinci yaşayıb. 

Elit-raunda ilk pillə sahibləri və yalnız ən yaxşı qrup üçüncüsü çıxdığından yığmamız turnirlə vidalaşıb. Növbəti mərhələyə yüksələn Belçika və İspaniya arasında son turun birinci yer uğrunda matçında heç-heçə qeydə alınıb - 2:2

Qeyd edək ki, millimiz bunadək Belçikaya 1:5, İspaniyaya 0:6 hesabı ilə uduzub.

19 yaşadək futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsi
B qrupu, III tur
16 noyabr
21:00. Lüksemburq - Azərbaycan - 0:2
Qollar:
 Mirmövsüm Canıyev, 23, Mehrac Baxşalı, 77

1

Belçika

3

2

1

0

12-4

7

2

İspaniya

3

2

1

0

10-3

7

3

Azərbaycan

3

1

0

2

3-11

3

4

Lüksemburq

3

0

0

3

2-9

0


Etiketlər:  Azərbaycan yığması Lüksemburqa qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ