Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 08:33
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonla görüşüb.
Görüş səfirliyinin Londondakı binasında baş tutub.
Tərəflər Azərbaycan və Britaniya arasındakı münasibətləri daha da inkişaf etdirmək imkanlarını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Nazir Vendi Morton, görüşdən sonra şəxsi Tvitter səhifəsində səfirlə görüşdən şad olduğunu bildirib. O qeyd edib ki, görüş zamanı Böyük Britaniya-Azərbaycan münasibətlərinin, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi, iqlim dəyişikliyi və Azərbaycan-Ermənistan sərhədindəki son eskalasiya ilə bağlı müzakirələr aparılıb.