Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Frida Kalonun avtoportreti üçün rekord məbləğ ödəndi: 34,9 milyon dollar - FOTO

Frida Kalonun avtoportreti üçün rekord məbləğ ödəndi: 34,9 milyon dollar - FOTO

Tarix: 18 Noyabr 2021 11:15

Nyu-Yorkdakı "Sotheby's" hərracında Frida Kalonun 1949-cu ildə çəkdiyi "Dieqo və mən" avtoportreti 34,9 milyon dollara (59,3 milyon manat) satılıb. Bu Latın Amerikası rəssamlarının əsərləri üçün rekord məbləğdir.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, avtoportretdə rəssam tamaşaçıya yaş dolu gözlərlə baxır. Onun alnında əri - rəssam Dieqo Riveranın portreti var; onun da öz növbəsində alnında üçüncü gözü var.

Əsər 1990-cı ildə "Sotheby's" auksionunda onu 1,4 milyon dollara alan Nyu Yorklu kolleksiyaçının varisi tərəfindən satılıb. Bundan əvvəl isə əsər məşhur rəssam cütlüyü ilə dost olan çikaqolu yazıçı Florens Arkına məxsus olub.

Avtopartret Buenos-Ayresdə Latın Amerikası İncəsənət Muzeyi "Malba"nın yaradıcısı Eduardo Konstantini tərəfindən alınıb.

İndiyədək Kalonun əsərlərinin hərracda rekord qiyməti 1939-cu ildə çəkilmiş "Meşədə iki çılpaq qadın" tablosu üçün olub. Əsər  2016-cı ildə "Christie's" hərracında  8 milyon dollara (13,6 milyon manata) satılıb.

Latın Amerikası sənətçiləri arasında əvvəlki rekord isə 2018-ci ildə Dieqo Riveranın "Rəqiblər" əsərinə məxsusdur (9,76 milyon dollar /16,6 milyon manat).


Etiketlər:  Frida Kalonun avtoportreti üçün rekord məbləğ ödəndi milyon dollar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ