Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşın əlillik statusu problemi - VİDEO

Vətəndaşın əlillik statusu problemi - VİDEO

Tarix: 18 Noyabr 2021 14:30

Taleh Nuriyev Masallı rayon Həsənli kənd sakinidir. Mİlli.Az xəbər verir ki,  Real TV-yə üz tutma səbəbi isə ona əlillik statusunun təyin edilməməsidir.

Həmsöhbətimiz problemini izah etdikcə beynimizdə bir-birindən maraqlı suallar yarandı və təbii ki, həmin sualları ona yönəltdik də. Əvvəlcə ondan başlayaq ki, 1975-ci il təvəllüdlü Taleh Birinci Qarabağ döyüşləri iştirakçısıdır. Dediyinə görə həmin döyüşlərdə travma alıb.

Amma bu travmanın təsdiqi ona yalnız 2020-ci ildə gəlib çatıb. Bəli, bəli, səhv eşitmədiniz, düz 27 il sonra. Səbəbini öyrənməyə çalışırıq. Amma Taleh konkret cavab verə bilmir. Gah hansısa sərəncamdan danışır, gah da sənədlərinin itməsindən.

Ona verilmiş və özü ilə gəzdirdiyi Mərkəzi Həkim Komissiyasının qərarına baxırıq. 1994-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə aldığı xəstəlik-diaqnozla tanış olaq: Xroniki pielosistit kəskinləşmə mərhələsində. Kəskin qastrit. Bəli, həmsöhbətimiz məhz bu diaqnozla əlillik statusu almaqda iddialıdır. Amma ona imtina cavabı gəlib. O isə bunun səbəbini öyrənməyə çalışır.

Hər şey göz qabağında olsa da, biz rəsmi cavabı almağa cəhd göstərdik. Bunun üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Təxminlərimiz bizi yanıltmadı.

Ümid edirik, bu cavab Taleh Nuriyevi də qane edəcək.


Etiketlər:  Vətəndaşın əlillik statusu problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ