Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 17:00
"Qız ya oğlan atası olmağın hər ikisinin məsuliyyəti, çətinliyi var. Bu gün elə bir dönəmdə yaşayırıq ki, qızın qız, oğlanın oğlan problemi var. Qızı qız kimi göz bəbəyi kimi qorumalısan, oğlanı ondan betər".
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Üzə-düz" proqramında qonaq olarkən deyib.
Müğənni zamanın dəyişdiyini, övladlarına qarşı daha da məsuliyyətli olduğunu bildirib:
"Zamanında uşaqları 2-3 ay kəndə qoyub gəlirdik. Bu gün 3 azyaşlının bir yerdə oynaması artıq bir problem olub. Bir ata kimi mən uşağımı Qazaxda qoyub gəlmərəm. Nənəsi göz bəbəyi kimi qorusa da. Hamıya da onu tövsiyyə edirəm. 3 yaşlı uşaq eyvandan düşdü. Niyə?! Ananın başı telefona qarışıb, qeybət-söhbət... Uşaq yaddan çıxdı. Təbii ki, ana fəryad edəcək, o da bunu istəməyəcək. Sadəcə məsuliyyətsizlikdir".
Bundan əlavə, V. Məhərrəmli qızına qarşı qoyduğu qadağalardan da danışıb:
"Əfşanın 19 yaşı var, ağıllı qızdır, amma təbii ki, ona qadağalarım var, olacaq. Qızım hər istədiyini edə bilməz. Çalışıram çox üstünə getməyim. Arada hiss edirəm ki, xətrinə dəyirəm. Ata qızı üçün yaxşısını istəyər, o da bunu zamanla başa düşəcək. Ata dediyin yaxşı olmalıdır. O ata ki, uşağını qoyub, təyyarəyə oturub gedirsə, ona ata deməyin. O sadəcə uşağı dünyaya gətirən məhfumdur. Bir ana uşağını dünyaya gətirib, ordan gedirsə, o ananın qarnına qazan kimi batıb. Onlar ana deyillər. Sadəcə qazan rolunu oynayırlar. Bətnində 9 ay saxlamağa nə var ki? Hər şey ondan sonra başlayır".