Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FİFA-dan inqilabi ideya - robot hakim

FİFA-dan inqilabi ideya - robot hakim

Tarix: 26 Avqust 2019 14:00

FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə robotlardan istifadə etmək barədə düşünür.

Qol.az xəbər verir ki, bu haqda Britaniyanın “Mirror” nəşri məlumat yayıb. “FİFA-nın departamenti artıq bununla bağlı müvafiq araşdışdırmalar aparır. Robotlar laysmanları əvəz edə bilərmi? Bunun gələcəkdə həyata keçməsi mümkündür” – deyə FİFA-ya yaxın mənbə bildirib.

Alim Yan Pirson isə deyib ki, 2030-cu ilə kimi Premyer Liqa, La Liqa və A seriyasında robot-hakimdən istifadə edilə bilər.

Qeyd edək ki, son illər futbolda müasir texnologiyaların tətbiqi genişlənməyə başlayır. İlk belə addım qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən kompüter funksiyası olub. 2018-ci ildən başlayaraq isə VAR sistemi tətbiq olunub. Bunun sayəsində hakimlər epizodlara təkrar baxa və bundan sonra qərar çıxara bilərlər.

 


Etiketlər:  FİFA dan inqilabi ideya robot hakim


RƏYLƏR