Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 27 yaşlı gənc evində xəncərlə vurulub

Bakıda 27 yaşlı gənc evində  xəncərlə vurulub

Tarix: 18 Noyabr 2021 23:04

Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Musayev Kamran Şakir oğlu Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.


Etiketlər:  Bakıda yaşlı gənc evində xəncərlə vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ