Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasiyanı hamı üçün məcburi elan etdi

Vaksinasiyanı hamı üçün məcburi elan etdi

Tarix: 20 Noyabr 2021 09:18

Avstriya kansleri Aleksandr Şellenberq 2022-ci il fevralın 1-dən koronavirusa qarşı məcburi peyvəndin tətbiq ediləcəyini açıqlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "Bu gün biz məcburi peyvəndi çox tez tətbiq etmək barədə çətin bir qərar verdik. O, 2022-ci il fevralın 1-dən etibarən qüvvəyə minməlidir", - deyə Şellenberq hökumət və regional hakimiyyət orqanları ilə görüşdən sonra mətbuat konfransında bildirib.

O, həmçinin bazar ertəsindən etibarən hamı üçün maksimum 20 gün müddətinə milli lokdaun tətbiq ediləcəyini açıqladı. Onun sözlərinə görə, peyvənd olunmayanlar üçün karantin rejimi əhalinin peyvənd etməyə hazırlığını artırıb, lakin bu kifayət deyil.

Milli.Az


Etiketlər:  Vaksinasiyanı hamı üçün məcburi elan etdi


RƏYLƏR