Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vyanada 35 min insan məhdudiyyətlərə etiraz etdi

Vyanada 35 min insan məhdudiyyətlərə etiraz etdi

Tarix: 20 Noyabr 2021 22:42

Avstriyanın paytaxtı Vyanada COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən aksiyada 35 min insan iştirak edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü məlumat verib.

Bildirilir ki, nümayişdə bir neçə nəfər həbs edilib. Bir neçə etirazçı təhlükəsizlik polisinə pivə qutuları atıb.

Avstriya kansleri Aleksandr Şallenberqin daha bir karantin qərarından əvvəl məhdudlaşdırıcı tədbirlərin əleyhdarları yenidən Vyana küçələrinə çıxıblar.

Qeyd edək ki, Avstryada 2022-ci il fevralın 1-dən məcburi peyvənd tətbiq olunacaq.

Milli.Az


Etiketlər:  Vyanada 35 min insan məhdudiyyətlərə etiraz etdi


RƏYLƏR