Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bölgədə azadlığın ayaq səsləri: Fransa ordusunun keçidinə icazə verilmədi

Bölgədə azadlığın ayaq səsləri: Fransa ordusunun keçidinə icazə verilmədi

Tarix: 21 Noyabr 2021 19:10

Burkina Fasodan Nigerə doğru irəliləyən Fransa ordusunun hərbi konvoyunun keçidi Qaya şəhərinin sakinləri tərəfindən əngəllənib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bundan sonra geri çəkilməli olan konvoy Qayadan təxminən 5 kilometr aralıda yerləşən köhnə karxanaya sığınmalı olub.

Fransız hərbçilərinin terrorçu qruplaşmalara kömək etdiyini düşünən bölgə sakinləri Nigerə doğru irəliləyən Fransa hərbi konvoyunun keçidinə icazə verməyib.

"Bura bizim evimizdir", "Evinə dön, Fransa" və "Ölkəmizi tərk et, Fransa" yazılmış plakatlar daşıyan nümayişçilər ölkələrindən çıxmalarını istədikləri Fransa qüvvələrinin terror qruplaşmalarına dəstək verdiyini və onları silahla təmin etdiklərini deyiblər.

Qaya meri Loran Kontoqom nümayişçilərlə fransızlar arasında vasitəçilik etmək istəsə də, konvoyun keçidinə icazə verilməyib.

Geri çəkilmək məcburiyyətində qalan fransız konvoyu Qayanın təxminən 5 kilometrliyində yerləşən köhnə karxanaya sığınmalı olub.

Mövzu ilə bağlı Fransa və Burkina Faso tərəfindən rəsmi açıqlama verilməyib.

Milli.Az


Etiketlər:  Bölgədə azadlığın ayaq səsləri Fransa ordusunun keçidinə icazə verilmədi


RƏYLƏR