Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa etirazçıların üzərinə xüsusi təyinatlılar göndərir

Fransa etirazçıların üzərinə xüsusi təyinatlılar göndərir

Tarix: 22 Noyabr 2021 09:20

Fransa COVID-lə bağlı etirazlar zamanı iğtişaşlar baş vermiş Qvadelupa ərazisində asayişi bərpa etmək üçün polis xüsusi təyinatlılarını göndərir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib.

Darmanin bildirib ki, Qvadelupaya Fransa jandarm və polisin elit taktiki qüvvələrinin 50-yə yaxın üzvü göndəriləcək. Beləliklə, regionda Fransa polisinin xüsusi təyinatlılarının sayı 2250 çatacaq.

Xatırladaq ki, Fransa tabeliyində olan Qvadelupa regionunda iğtişaşlar zamanı mağazaların qarət olunduğu, polisə atəş açıldığı və bir gecədə 31 nəfərin həbs edildiyi bildirilir.


Etiketlər:  Fransa etirazçıların üzərinə xüsusi təyinatlılar göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ