Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rus əsgərləri ərləri ölmüş erməni qadınlarla...'' - Jurnalist

''Rus əsgərləri ərləri ölmüş erməni qadınlarla...'' - Jurnalist

Tarix: 22 Noyabr 2021 18:14

Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, bu haqda "təklif"lərini özünün Teleqram səhifəsində paylaşıb. Xanım jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün "səbəb" olacağını qeyd edib.

Olyuninaya görə, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər:
"Konstantin Zatulinin "Sputnik-Ermənistana" müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi "artsax"da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil".


Etiketlər:  əsgərləri ərləri ölmüş erməni qadınlarla Jurnalist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ