Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Tarix: 23 Noyabr 2021 08:58

Qarabağdakı döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Meyit Füzuli rayonunda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 698-ə çatıb.

Milli.Az


Etiketlər:  Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi


RƏYLƏR