Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sadələşdirilmiş verginin tətbiqində yenilik - VİDEO

Sadələşdirilmiş verginin tətbiqində yenilik - VİDEO

Tarix: 23 Noyabr 2021 13:42

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir. Vətəndaşların sosial hüquqlarının qorunması istiqamətində verilmiş təkliflərdən biri də fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı bir sıra obyektiv halların nəzərə alınması ilə bağlıdır.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, qanun layihəsinə dəyişiklikdə mənzil satışı zamanı vergilər hesablanarkən layihədə sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu hala da aydınlıq gətirilib.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub.


Etiketlər:  Sadələşdirilmiş verginin tətbiqində yenilik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ