Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mükafat gecəsinə Aygünün libası ilə qatıldı

Mükafat gecəsinə Aygünün libası ilə qatıldı

Tarix: 23 Noyabr 2021 19:50

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva ötən gün tədbirlərin birində görüntülənib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi mükafatlandırma mərasiminə geyindiyi qara libasla diqqət çəkib. Onun Xalq artisti Aygün Kazımovanın "İnan, günəş doğacaq" adlı klipindəki donun eynisini geyinməsi gözdən yayınmayıb.

Qeyd edək ki, dizayner Rüfət İsmayılın kolleksiyasından olan bu libası A.Kazımova ötən ilin mayında geyinmişdi. Həmin libasın ağ rəngini isə 2020-ci ilin iyununda çəkilişlərin birində istifadə edib. Lakin o, vətənpərvər mahnı ifa etdiyi üçün donun sinə hissəsini kəlağayı ilə bağlayıb.


Etiketlər:  Mükafat gecəsinə Aygünün libası ilə qatıldı


RƏYLƏR