Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim: Saakaşvilinin tam sağalması üçün...

Həkim: Saakaşvilinin tam sağalması üçün...

Tarix: 24 Noyabr 2021 09:50

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tam sağalması üçün bir neçə ay gərəkdir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze deyib.

"Onun normal qidalanması üçün bir, yaxud iki ay lazımdır. Lakin digər orqanların bərpası üçün uzun zaman lazım olacaq. Fikrimcə, proses bir neçə ay davam edəcək", - deyə Kipşidze bildirib.

Qeyd edək ki, Saakaşvili 50 günlük aclıqdan sonra Qori hərbi hospitalına yerləşdirilib.


Etiketlər:  Həkim Saakaşvilinin sağalması üçün


RƏYLƏR