Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq

Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq

Tarix: 24 Noyabr 2021 12:56

Barbados hökuməti simvolik bir addım olaraq Kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdırmağı planlaşdırır.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, yerli siyasətçildər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən "göbək bağını kəsmək" kimi qiymətləndiriblər.

II Elizabetin vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırılması noyabrın 30-a gözlənilir.

Eyni zamanda Barbados general-qubernatoru Sandra Meyson ölkə prezidenti rütbəsi ilə rəsmi dövlət başçısı olacaq.

Barbados - Şərqi Karib dənizindəki Kiçik Antil adalarında yerləşən prezident respublikasıdır. Ölkə 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazansa da, hələ də Britaniya Millətlər Birliyinin bir hissəsi olmağa davam edir.


Etiketlər:  Barbados hökuməti kraliça Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ