Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 20:32
Abşeronun Hökməli kəndində ev yandırılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə kəndin At yalı yaşayış massivində baş verib.
Evin sahibəsi Kübra İsayeva iddia edir ki, evə onun keçmiş həyat yoldaşı od vurub. Qadının iddiasına görə, bir müddət öncə rəsmi qaydada boşandığı Kövsər Məmmədov evə sərxoş halda gələrək onu döyüb.
Qonşular da hadisənin baş verdiyini təsdiq ediblər.
Qeyd edək ki, Kövsər Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.
Abşeron Rayon Polis İdarəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, artıq Kövsər Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: