Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 01:32
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk matç günündə 3 görüş keçirilib. "Olimpiakos" səfərdə "Krasnodar"a 2:1 hesabı ilə qalib gəlib və qrup mərhələsinə yüksəlib.
"Srvena Zvezda" doğma meydanda "Yanq Boyz"la heç-heçə edib - 1:1. Serbiya təmsilçisi səfər görüşündə vurduğu qollar (2:2) sayəsində növbəti mərhələyə adını yazdırıb.
"Dinamo" isə səfərdə "Rusenborq"la heç-heçə edib və iki oyunun nəticəsinə (1:1, 2:0) əsasən qrup mərhələsində iştirak hüququ qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2
Qollar: Utkin, 10 (1:0), El-Arabi, 11 (1:1), 47 (1:2)
İlk oyun – 0:4
23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) - 1:1
Qollar: Vukanoviç, 59 (1:0), Nabouhane, 82-avtoqol (1:1)
İlk oyun – 2:2
23:00. “Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1
Qollar: David, 11 (1:0), Qoyak, 71 (1:1)
İlk oyun – 0:2
28 avqust
23:00. “Brügge” (Belçika) - LASK (Avstriya)
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) - APOEL (Kipr)
İlk oyun - 0:0
23:00. “Slaviya” (Çexiya) - ÇFR (Rumıniya)
İlk oyun - 1:0