Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 6 avtomobil toqquşub, səbəbkar qaçıb - FOTO

Bakıda 6 avtomobil toqquşub, səbəbkar  qaçıb - FOTO

Tarix: 25 Noyabr 2021 07:54

Bakının Nərimanov rayonunda 6 avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

"AzSamand" markalı avtomobil prospektdə əks istiqamətə doğru hərəkət edib. Bu zaman sözügedən avtomobilin sürücüsü sükana nəzarəti itirərək əks istiqamətdə olan "Mercedes", "Hyundai", "Naz Lifan", "Toyoto" və "KİA" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində "Toyota"da olan bir nəfər xəsarət alıb. Hadisəni törədən sürücü isə ərazidən yayınıb.

Faktı Nərimanov Rayon Polis İdarəsi araşdırır.

Milli.Az


Etiketlər:  Bakıda avtomobil toqquşub səbəbkar qaçıb FOTO


RƏYLƏR