Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 09:20
"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karelin qızı ilə paylaşdığı fotosu müzakirələrə səbəb olub.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, aktyor övladı ilə şəklinə "İlk göz ağrım" şərhini yazıb. Bu isə izləyicilərin etirazına səbəb olub. Onlar "İlk göz ağrınız Türkiyədəki oğlunuz deyil?", "Digər oğlunuza nə oldu? O da sizin övladınız deyil?" kimi şərhlər yazıblar.
Qeyd edək ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. Hazırda Amerikada yaşayan aktyorun 2-ci evliliyindən 4-cü övladı dünyaya gələcək.