Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 12:36
Sumqayıt Şəhər Bələdiyyəsi müraciət edən sakinləri binanın içərisinə buraxmır. Vətəndaşlar içəridə olan şəxslərə pəncərədən sənədləri təqdim edib, məsələni elə pəncərədəcə həll edirlər. Sumqayıt Şəhər Bələdiyyəsi soyuq hava şəraitində sakinləri bu cür qəbul edir.
Sakinlərin COVID- 19 pasportu olmasına baxmayaraq onlar içəri buraxılmır. Bələdiyyə işçiləri sənədləri pəncərədən qəbul edir, sakinlər isə çöldə gözləmək məcburiyyətində qalırlar.
Sumqayıt Şəhər Bələdiyyəsinin üzvü Akif Kərimov məsələyə mümasibət bildirib. Onun sözlərinə görə, bələdiyyədə koronavirusa yoluxmuş xəstələr olub. Bu səbəbdən bələdiyyə rəhbərliyi vətəndaşları yalnız çöldən qəbul etmələrinə dair tapşırıq verib. Yəni bu addım özləri üçün deyil, sakinlərin sağlamlığı üçün atılıb.
O, COVID-19 pasportu olanların nə üçün içəri buraxılmadığı sualına da aydınlıq gətirib.
Sonxeber.net xəzərxəbər-ə istinadla sujeti təqdim edir: