Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədən qəzasında ölmüş hesab edilən şəxs sağ tapıldı - VİDEO - FOTO

Mədən qəzasında ölmüş hesab edilən şəxs sağ tapıldı - VİDEO - FOTO

Tarix: 27 Noyabr 2021 15:30

Rusiyada Listvyajnaya mədənində baş vermiş qəzadan sonra sağ adam çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, bu, əvvəllər ölmüş hesab edilən mədən-xilasetmə taqımı komandirinin köməkçisi Aleksandr Zakovryaşindir. Onun vəziyyəti orta-ağırdır.

Noyabrın 25-də səhər saatlarında Kemerovo vilayətinin Belovo şəhərindəki Listvyajnaya mədənində tüstülənmə baş verib. Hadisə nəticəsində azı 52 nəfər ölüb, daha 49 nəfər xəstəxanalardadır.

Fövqəladə vəziyyətin səbəbi, ilkin olaraq, metan partlayışı olub.

Bölgədə üç günlük matəm elan edilib.

Milli.Az


Etiketlər:  Mədən qəzasında ölmüş hesab edilən şəxs sağ tapıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ