Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Omikron” artıq qonşuluğumuzdadır? - RUSİYDA HƏYƏCAN TƏBİLİ

“Omikron” artıq qonşuluğumuzdadır? - RUSİYDA HƏYƏCAN TƏBİLİ

Tarix: 29 Noyabr 2021 02:32

Rospotrebnadzor ölkə ərazisində koronavirusun "Omikron" ştmmının aşkar olunmasını təkzib edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun sekvensiya texnologiyalarına əsaslanan yeni diaqnostika üsullarının hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Xafizov Rusiyada "Omikron" ştammı ilə heç bir yoluxma halının aşkarlanmadığını söyləyib.

Kamil Xafizov deyib ki, bazar gününə olan məlumata görə, Rusiyada omikron ştammı aşkar edilməyib: "Eyni zamanda, koronavirus genomlarının, o cümlədən bu yaxınlarda xarici ölkələrə səfər etmiş pasientlərin sekvensiyası üzrə aktiv iş aparılır".

Qeyd edək ki, Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy Rusiyada da "Omikron" ştammı aşkar olunduğunu açıqlayıb və virusun yayılma mənbəyinin Misirə səyahət etmiş vətəndaşlar ola biləcəyini söyləyib. Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb.


Etiketlər:  Omikron artıq qonşuluğumuzdadır RUSİYDA HƏYƏCAN TƏBİLİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ