Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüstəm Orucov finalda - dünya çempionatı

Rüstəm Orucov finalda - dünya çempionatı

Tarix: 27 Avqust 2019 15:16

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında finala yüksəlib.

Qol.az-ın məlumatına görə, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda millinin digər üzvü Hidayət Heydərova qalib gəlib. Onun finaldakı rəqibi  Şohei Ono (Yaponiya) olacaq.

Heydərov isə bürünc medal şansını davam etdirir. O, bunun üçün Somon Mahmadbekovu (Tacikistan) üstələməlidir.


 

 


Etiketlər:  Rüstəm Orucov finalda dünya çempionatı


RƏYLƏR