Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 4 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Bakıda 4 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Tarix: 30 Noyabr 2021 08:48

Paytaxtın Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Xətai prospektində baş verib.

"Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətə çıxaraq manevr etmək istəyib. Bu zaman həmin avtomobilin sürücüsü sükana nəzarəti itirərək maşınını "Renault" markalı nəqliyyat vasitəsinə çırpıb. Zərbənin gücündən "Renault" yol kənarında dayanan digər "Mercedes" markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, sonuncu avtomobil də "Hyundai" markalı maşına çırpılıb. Qəza nəticəsində "Renault"-da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.


Etiketlər:  Bakıda avtomobil qəzaya uğrayıb xəsarət alan FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ