Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın keçmiş müdafiə naziri Pentaqonu məhkəməyə verib

ABŞ-ın keçmiş müdafiə naziri Pentaqonu məhkəməyə verib

Tarix: 30 Noyabr 2021 10:38

ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper Pentaqonu məhkəməyə verib. İddiaya səbəb onun memuarlarında prezident Donald Trampla işindən bəhs edən hissəsinin nəşrinə qadağa qoyulması olub.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, may ayında nəşri nəzərdə tutulan kitab izahat verilmədən çoxsaylı düzəlişlər və ixtisarlarla Esperə qaytarılıb. O, hətta mətndəki "isim və felləri" dəyişdirmək üçün ona təzyiq edildiyini deyir.

Siyasətçinin iddiasına görə, memuarlarda məxfi məlumat, yaxud milli təhlükəsizliyə heç bir təhlükə yoxdur. Buna baxmayaraq, mətndə əhəmiyyətli bir fraqmentin çıxarılması istənilir:

"Çıxarılan mətn əlyazmada toxunulan mühüm hekayələrin təqdimatı üçün lazımdır", - deyə o, əlavə edib.

Esper həmçinin hazırkı prezident administrasiyasını onun konstitusion hüquqları pozmaqda günahlandırır.


Etiketlər:  ABŞ keçmiş müdafiə naziri Pentaqonu məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ