Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 22:32
Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Nikolas Karter vəzifəsindən istefa verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.
Bildirilib ki, 3 ildən artıq Baş Qərargah rəisi vəzifəsində xidmət edən general Nikolas Karter Müdafiə Nazirliyini tərk edib.
62 yaşlı general təntənəli şəkildə yola salınıb. Müdafiə naziri Ben Uolles onunla əl sıxaraq xatirə şəkili çəkdirib.
Qeyd edək ki, Karteri Kral Hərbi Dəniz Qüvvələrinin və Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Toni Radakin əvəz edəcək. Təyinatla bağlı qərar bu ilin oktyabrında qəbul edilib.