Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının mərkəzində ucuz şou - onlar nə istəyir?

Bakının mərkəzində ucuz şou - onlar nə istəyir?

Tarix: 1 Dekabr 2021 15:38

Dünyada ən müqəddəs duyğu Vətən uğrunda Şəhid olmaqdır. Boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçmək sözsüz ki, ən müqəddəs bir hissdir. 44 günlük Qarabağ müharibəsində yaşanalar da bunu bir daha sübut etdi. Minlərlə azərbaycanlı torpaqlarının azad olunması uğrunda döyüşdü, qan tökdü, şəhid verdi. Və nəticə əldə etdi. Təəssüflər ki, Azərbaycan xalqı həmin müharibədən sonra yenə də şəhidlər verməli olur.

Söhbət Qaraheybətdə hərbi təlimlər zamanı şəhid olan pilot hərbçilərimizdən gedir. Bu gün də Azərbaycan xalqı şəhidlərini son mənzilə saldı. Təəssüflər olsun ki, minlərlə insanın hərbi təlimlər zamanı şəhid olan hərbçiləri ilə vida mərasimi keçirdiyi saatlarda bir qrup insan şəhərin mərkəzində, insanların sıx toplaşdığı məkanda icazəsiz etiraz askiyası keçirməyə, qarşıdurma yaratmağa cəhd göstərib. Belə bir müqəddəs gündə aksiya keçirmək sözsüz ki, həmin şəhidlərin xatirəsinə hərmətsizlikdən başqa bir şey deyil. Həbsdə olan AXCP fəalı Sahib Rüstəmlinin azad olunması tələbi ilə keçirilən icazəsiz aksiya ilə diqqəti cəlb etmək istəyənlərin məqsədi bəllidir. Qarşıdurma və gərginlik yaratmaq.

Birincisi odur ki, həbsdə olan şəxslə bağlı hələ məhkəmə qərarı yoxdur. Bu aksiya ilə də də məhkəməyə təzyiq göstərməyə çalışıldığı göz önündədir. İkincisi, etiraz aksiayası keçirmək üçün icazə olmalıdır. Və yaxud aksiyanı başqa bir yerdə də keçirmək də olardı. Görünən də odur ki, bu insanlar üçün müqəddəs bir hiss mövcud deyil. Hədəf və məramları heç də azadlığını tələb etdikləri insan deyil, gündəmdə qalmaq və diqqəti özünə cəlb etməkdir. Və anlamırlar ki, belə ucuz şoularla nəyəsə nail olmaq mümkün deyil.

Kamran Seyidov


Etiketlər:  Bakının mərkəzində ucuz şou onlar istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ