Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayaks'', ''Brügge'' və ''Slvaviya'' qrup mərhələsində - Çempionlar Liqası

''Ayaks'', ''Brügge'' və ''Slvaviya'' qrup mərhələsində -  Çempionlar Liqası

Tarix: 29 Avqust 2019 01:20

Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə daha 3 matç keçirilib. "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran APOEL səfərdə "Ayaks"la qarşılaşıb. Kiprdə qolsuz heç-heçə edən komandaların cavab matçında "Ayaks" 2:0 hesablı qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb.

Digər görüşlərdə "Brügge" LASK-ı, "Slaviya" ÇFR-i qəbul edib. Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

 

28 avqust

23:00. “Brügge” (Belçika) - LASK (Avstriya) - 2:1
Qol:
Vanaken, 70. Dennis, 89 – Klauss, 74-pen.
İlk oyun - 1:0

23:00.  “Ayaks” (Hollandiya) - APOEL (Kipr) - 2:0
Qollar:
Alvares, 43. Tadiç, 80
İlk oyun - 0:0

23:00.  “Slaviya” (Çexiya) - ÇFR (Rumıniya) - 1:0
Qol:
Boril, 66
İlk oyun - 1:0

27 avqust

“Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2 (İlk oyun – 0:4)

“Srvena Zvezda” (Serbiya)
– “Yanq Boyz” (İsveçrə) - 1:1 (İlk oyun – 2:2)

“Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1 (İlk oyun – 0:2)

 


Etiketlər:  Ayaks Brügge Slvaviya qrup mərhələsində Çempionlar Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ