Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazi Ramin Əfəndiyevin problemi həllini tapdı - VİDEO

Qazi Ramin Əfəndiyevin problemi həllini tapdı - VİDEO

Tarix: 3 Dekabr 2021 17:12

Müsahibim Ramin Əfəndiyev həqiqi hərbi xidmətdə olarkən Vətən Müharibəsi başlayıb. Döyüşlərdə iştirak edən Ramin Füzulidən Qubadlıyadək bir neçə yaşayış məntəqəsinin azad olunmasında iştirak edib. Müharibənin başlanmasından bir ay keçəndən sonra ,yəni oktyabrın 27-də Qubadlıda ağır yaralanıb.

Bütün bu yaralanmalarını nəzərə alaraq qazi ona verilən 3-cü qrup əlillik dərəcəsinin 2-yə dəyişdirilməsini istəyir. Onu da deyim ki, Əfəndiyevlər ailəsindən tək Ramin müharibə iştirakçısı deyil. Onun digər qardaşı da müharibə iştirakçısıdır.

Raminin əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı ailəsi təkrar müraciət etsədə bununla bağlı onlara hər hansı cavab verən olmayıb. Əfəndiyevlər ailəsinin şikayıtini dinlədikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Məsələni araşdıran qurum qısa zamanda açıqlama verdi.

Ona 3-cü qrup əlillik təyinatı şəhadətnaməyə əsasən verilib.Qazinin narazılığı əsasında o əyani müayinəyə dəvət edilib və ona 2-ci qrup əlillik təyin edilib.

Beləliklə,Ramin Əfəndiyevin və ailəsinin müraciəti üzrə araşdırdığımız problem öz həllini tapdı.

Milli.Az Real Tv-nin sujetini təqdim edir:

Milli.Az


Etiketlər:  Qazi Ramin Əfəndiyevin problemi həllini tapdı VİDEO


RƏYLƏR